RU

ABŞ Konqres Kitabxanasının elektron poçt sistemi sındırılıb

ABŞ Konqres Kitabxanasının e-poçt sistemləri bu ilin əvvəlində "xarici düşmən" tərəfindən kiberhücumla üzləşib. Hücum nəticəsində 2024-cü ilin yanvar-sentyabr aylarında Kitabxana işçiləri ilə Konqres ofisləri arasında baş tutan bəzi e-poçt kommunikasiyalarına giriş əldə olunub.

QHT.az xəbər verir ki, hücum "xarici düşmən casusluğu" kimi qiymətləndirilir və hakerlərin qanunvericilərin mövqeləri haqqında məlumat toplamaq məqsədi güddüyü ehtimal olunur.

Kitabxana zəifliyi aradan qaldırıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Təsirlənən işçilər və konqres ofisləri ilə əlavə məlumat əldə edildikcə əlaqə saxlanacağı bildirilib. Nümayəndələr Palatası və Senatın şəbəkələrinin hücumdan təsirlənmədiyi qeyd olunur.

 

R.İmanov

Избранный
21
qht.az

1Источники