RU

Və onlar insan tərəfindən yazılanlardan fərqlənmirlər...

...İnsanlar süni intellektin yaratdığı poeziya ilə insan tərəfindən yazılmış şeirləri inamla fərqləndirə bilmirlər. Pitsburq Universitetinin amerikalı alimləri bu qənaətə gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.

Təcrübə zamanı komanda 1643 könüllüdən yarısı neyron şəbəkə tərəfindən yaradılan, qalanları isə Uilyam Şekspir, Lord Corc Bayron, Emili Dikinson və digər məşhur yazıçılar tərəfindən yaradılan 10 əsərin müəllifliyini təxmin etməyi xahiş edib.

İştirakçıların əksəriyyəti süni intellektin şeirlərinin insan tərəfindən yazıldığını güman edib.

İkinci təcrübədə 696 iştirakçıdan ibarət başqa bir qrup şeirləri keyfiyyət, gözəllik, emosiya, ritm və orijinallıq kimi 14 xüsusiyyət üzrə qiymətləndirib.

İştirakçılar təsadüfi qaydada üç qrupa ayrılıb və onlara şeirlərin bir insan tərəfindən yazıldığını, süni intellekt tərəfindən yaradıldığını və ya şeirin mənşəyi haqqında heç bir məlumat verilmədiyini söyləyiblər.

Şeirlərin süni intellekt tərəfindən yaradıldığı deyilən qrup, şeirlərin insan tərəfindən yazıldığını düşünən iştirakçılarla müqayisədə 13 xüsusiyyət üzrə daha az bal verib.

Nəticə əslində əsərləri kimin yaratdığından asılı deyildi.

Müəlliflik haqqında heç nə deyilməyən iştirakçılar süni intellektlə yaradılan şeirləri insan tərəfindən yazılmış şeirlərdən daha müsbət qiymətləndiriblər.

Müəlliflər təklif edir ki, iştirakçılar süni intellekt poeziyasına üstünlük veriblər, çünki o, görkəmli şairlərin yaradıcılığından daha sadə və əlçatandır.

Nazlı Almuradova

Избранный
28
sia.az

1Источники