RU

Türkiyə millisinin Baş məşqçisi: "Bu son matçda qalib gəlməliyik"

"Türkiyədə olmaqdan çox xoşbəxtəm".

Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, bu sözləri Türkiyə millisinin Baş məşqçisi Vinçenzo Montella Millətlər Liqasında oynanılacaq Monteneqro matçı öncəsi brifinqdə deyib.

O, rəqib komandanın bütün matçlarda uduzmasına baxmayaraq, güclü olduğunu iddia edib: "Ən yaxşı komandalarla mübarizə aparmaq üçün A Liqasına çıxmaq istəyirik. Onun üçün bu matçda mütləq qalib gəlmək istəyirik".

Uels matçında zədələnən və cəzalı olan futbolçulara da toxunan gənc məşqçi bildirib ki, komandada hazırda çatışmazlıqlar var: "Abdülkerim cəzalı, Hakan isə zədəlidir. Unutmayaq ki, Hakan haqqında hər an vəziyyəti dəyişə biləcək səviyyədə oyunçudur".

Gələcəklə bağlı böyük hədəfləri olduğunu xüsusi vurğulayan Vinçenzo Montellanın sözlərinə görə, bunun üçün əsas diqqətləri sabahkı oyunadır: "Bu uğuru yaşamaq arzusu son matçda qalib gəlməliyik. Bu matçdan sonra bir neçə aylıq fasilə olacaq. Və bu, bizə daha böyük hədəflərimiz üçün yeni imkanlar açacaq"

Fərid Aslan

MİA.AZ

Избранный
22
mia.az

1Источники