“Çox yatmaq sağlamlığınıza mənfi təsir göstərə bilər”. Yeniavaz.com xəbər verir ki, bunu gazeta.ru-ya müsahibəsində somnoloq Natalia Zolotareva deyib. Somnoloq xəbərdarlıq edib ki, uzun yuxu ürək-damar xəstəlikləri, insult və şəkərli diabet riskini artırır, maddələr mübadiləsini ləngidərək kökəlməyə səbəb olur, canlılığın və aktivliyin səviyyəsini azaldır ki, bu da ümumi rifahı pisləşdirir: “Bundan əlavə, uzun müddət yuxu konsentrasiyanı və diqqəti azaldır, “dumanlı” şüur hissi yaradır, yaddaş və reaksiya müddətini pozur, xarici stimullara cavabı ləngidir. Sağlamlığı qorumaq üçün yuxunun optimal miqdarı gündə 7-8 saatdır ki, bu da bir çox xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir”.