RU

Gürcüstan Prezidenti seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Sabah səhər mən Konstitusiya Məhkəməsinə iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracağam”, - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət səsvermənin gizliliyi və universallıqdan gedir.

Zurabişvili həmçinin bildirib ki, o, ölkənin Mərkəzi Seçki Komissiyasının “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə bağlı yekun məlumatlarını tanımır. O, həmçinin “böhrandan çıxmaq üçün” yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.

Избранный
28
11
missiya.az

9Источники