RU

Rusiyanın itkiləri yeni rekorda imza atıb

...Oktyabr ayında Ukraynadakı müharibədə rus qoşunlarının orta gündəlik itkiləri yeni yüksək həddə çatdı və daha da artmağa doğru meyl edir.

SİA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatına görə, oktyabrda rusların orta gündəlik itkiləri 1354 nəfər təşkil edib - bu, müharibə başlayandan bəri ən yüksək göstəricidir.

Bu rəqəmlərə həm ölü, həm də yaralı daxildir.

Hərbi analitiklərin fikrincə, noyabrın ilk 12 günündə Rusiya hərbçilərinin itkiləri yüksək olaraq qalır və gündəlik orta hesabla 1498 itki təşkil edir.

Bu onu göstərir ki, Rusiya qoşunlarının itkilərinin artması tendensiyası davam edəcək.

Britaniya kəşfiyyatı qeyd edib ki, oktyabrda Rusiya müharibənin bütün dövrü ərzində ən böyük aylıq itkilərə məruz qalıb - 41 980 nəfər.

Bu rəqəm 2024-cü ilin mayında qeydə alınmış 39 110 nəfərlik əvvəlki rekordu xeyli üstələyir.

Son hesablamalara görə, Rusiya müharibə başlayandan bəri yəqin ki, 700 mindən çox insan itirib.

Britaniya kəşfiyyatı Rusiyanın hücum əməliyyatlarının sürətini, xüsusən də Kursk ərazilərində, Oskol çayının şərqində, Toretsk yaxınlığında, Pokrovsk və Uqledarda artırdığına da diqqət çəkib.

Güman edilir ki, bu hücum hərəkətləri qış dövründə də davam edəcək və Rusiyanın daha böyük itkilərə məruz qalması ehtimalı yüksəkdir.

Əli Babayev

Избранный
56
sia.az

1Источники