1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Millətlər Liqasında VI turun ikinci oyun günündə doqquz görüş keçirilib.
Oxu.Az xəbər verir ki, günün ən gözlənilən qarşılaşmalarından biri A Liqasının I qrupunun liderləri Xorvatiya və Portuqaliya arasında baş tutub.
Birincilərin meydanında təşkil edilən oyunda hesabı qonaqlar açsalar da, ev sahibləri məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar - 1:1.
Bu nəticədən sonra Portuqaliya 14 xalla zirvədə, Xorvatiya isə 8 xalla 2-ci pillədə qərarlaşıb.
Digər qarşılaşmalarda Polşa Şotlandiyaya uduzub - 1:2. Serbiya - Danimarka görüşündə hesab açılmayıb - 0:0. İspaniya İsveçrəyə qalib gəlib - 3:2.
Həmçinin, Bolqarıstan - Belarus (1:1) və Lüksemburq - Şimali İrlandiya (2:2) matçlarında da qalib müəyyənləşməyib. Kosovo Litvadan üstün olub - 1:0.
Rumıniya Kipri darmadağın edib - 4:1. San-Marino isə qonaq meydançada Lixtenşteyni məğlub etməklə milli komanda tarixindəki ilk səfər qələbəsini qazanıb - 1:3.