RU

"Tesla" səhmlərinin dəyəri sürətlə artıb

Bakı. Trend:

İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin səhmləri kəskinqiymət artımı ilə diqqət çəkib.

Trend xəbər verirki, "Bloomberg" agentliyinin məlumatına əsasən, şirkətin səhmləriötən günün ilk yarısında 8%-ə qədər bahalaşıb.

Bu artım, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampınkomandasının pilotsuz nəqliyyat vasitələrinin tənzimlənməsini ABŞNəqliyyat Departamentinin əsas prioritetlərindən birinə çevirməyiplanlaşdırdığına dair xəbərlərlə əlaqələndirilir.

Hazırda ölkədə tətbiq olunan federal qaydalar sükan vəpedallardan məhrum avtomobillərin istehsalını planlaşdıranşirkətlər üçün əhəmiyyətli maneələr yaradır.

Qeyd edək ki, "Tesla"nın səhmləri 5 noyabr seçkilərindən bu yanaümumilikdə 28% bahalaşıb.

Избранный
24
2
az.trend.az

3Источники