Milli Məclisin əməkdaşı vəfat edib.
Modern.az-ın məlumatına görə, Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə dünyasını dəyişib.
64 yaşlı dövlət qulluqçusu ürəktutmasından vəfat edib. O, ötən gün dəfn edilib.