RU

TRAMP NƏ EDƏCƏK, BAYDENİN DAVAMI OLACAQ, YOXSA...? - Onun “bir günə müharibəni bitirəcəm” vədi öz aktuallığını itirir

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lazımi səviyyədə yardım göstərdiyini nümayiş etdirmək və qətiyyətsiz lider ittihamlarından yaxa qurtarmaq üçün nisbətən radikal addımlar atmaq qərarına gəlib. Belə ki, Bayden hakimiyyəti Trampa təhvil verməmişdən öncə Ukraynaya müxtəlif səpgili hərbi yardımlar göstərməyə başlayıb. İndi ABŞ Ukraynaya “Patriot” Hava Hücumundan Müdafiə komleksləri daxil olmaqla çoxsaylı silah və texnika göndərilməsini sürətləndirmək qərarına gəlib. Ən əsası isə Bayden Ukraynanın Rusiyanın dərinliklərinə “ATACMS” raketləri ilə zərbə vurmasına qoyduğu qadağanı aradan qaldırıb. Onun bu qərarının ardından Böyük Britaniya və Fransa da hərəkətə keçib.

Məlumata görə, London və Paris də öz uzaqmənzlli raketlərindən Rusiya ərazisinə zərbələr vurulmasına icazə verib. Ukrayna ordusunda Britaniyanın “Storm Shadow”, Fransanın isə “SCALP” raketləri var.

Maraqlıdır, görəsən, Cozef Bayden niyə bu qərarı məhz indi verir? Onun bir neçə ay öncə müvafiq addımı atmasına nə mane olurdu? Əlbəttə, heç nə! Guya ballistik raketlərdən istifadəyə icazə verilsəydi vəziyyət kəskinləşəcəkmiş, dəhşətli gərginlik yaranacaqmış, Üçüncü Dünya Müharibəsi başlaycaqmış və s. Bəs bu bir neçə ay ərzində nə dəyişdi? Yəni, bundan sonra artıq gərginlik artmayacaq, şiddətlənməyəcək?

Deməli, əslində bu, real, ardıcıl və sistemli kömək deyil. Sadəcə, Ukraynanın qələbəsinin istənilməsinin imitasiyasıdır. Göstərmək istəyirlər ki, baxın, Bayden necə qətiyyətliymiş. Reallıqda isə Baydenin rəhbərlik etdiyi administrasiya Ukraynanın çətin vəziyyətə düşməsinin əsl səbəbkarıdır. Hazırda Ukarynanın cəbhədəki vəziyyəti yaxşı deyil, amma iş ondadır ki, Rusiya ordusu da xeyli əldən düşüb və “ət hücumları” sayəsində ərazi zəbt etmək şəxsi heyəti əridir. Rusiya Ukraynanın əsgər və silah sarıdan korluq çəkdiyini bildiyi üçün döyüş meydanında taktiki üstünlüklər əldə etməyə çalışır.

Избранный
25
azpolitika.info

1Источники