Mask Sorosun yeni pandemiya ilə bağlı qorxulu proqnozunu ələ salıb
Amerikalı milyarder İlon Mask Açıq Cəmiyyət Fondunun rəhbəri, maliyyəçi Corc Sorosun yeni pandemiya zamanı amerikalılar üçün ciddi təhlükə yaranacağı barədə xəbərdarlığını ələ salıb.
Reyting.az xəbər verir ki, İ. Mask bu barədə özünün “X” sosial şəbəkəsində fikirlərini bölüşüb.
Qeyd edək ki, Corc Sorosun fikrincə, yeni pandemiya baş verərsə, amerikalılar səhiyyə naziri vəzifəsinə namizəd Robert Kennedinin apardığı siyasət ucbatından son dərəcə çətin vəziyyətə düşə bilərlər.