RU

“İnsanlar niyə yavaş böyüyür?” sualının cavabı tapıldı –"Nature" elm jurnalı

Antropoloqlar insanların niyə belə yavaş böyüdüyünü izah ediblər.

Azpost.info bildirir ki, bununla bağlı geniş araşdırmalar aparan amerikalı elm adamları Dmanisi (Gürcüstan) ərazisində qalıqları tapılan və çox qədim dövrlərdə yaşadığı güman edilən bir gənc oğlanın dişlərini tədqiq ediblər. Qədim tapıntının köməyi ilə tədqiqatçılar insanlarda yavaş böyümənin və həm də inkişaf prosesinin alimlərin düşündüyündən də xeyli əvvəl yarandığını aşkar ediblər.

“Nature” elm jurnalında dərc olunmuş bir araşdırma nəticəsində müəyyən edilib ki, yer üzündə təxmin edildiyi kimi 1 milyon il əvvəl yaşamış Homo nümayəndələrinin müasir insanlarda tapılmış bəzi və çox da maraq doğuran xüsusiyyətlərlə təkamül mərhələsini adlayıb.

Bu qədim gənclik xüsusiyyətlərinə görə hətta müasir insanlardan da daha sürətli inkişaf mərhələsini keçsə belə yenə onun azı dişləri erkən uşaqlıq çağında çox ləng böyüyüb. Bu isə alimlərə uzun bir uşaqlıq modelinin tamamilə formalaşması üçün mümkün görünən ilkin elmi şərtləri, həm də yeni araşdırmalar aparmağı təklif edir.

Bu yeni, maraqlı araşdırma tədqiqatçılara gəncin dişlərində qalan böyümə xətlərini saymağa, eləcə də dişlərin zaman-zaman hansı kursla necə əmələ gəlməsini tədqiq etməyə, həmçinin də bərpa edib yenidən qurmağa imkan verəcək. Alimlər deyiblər ki, tədqiqat müasir rentgen görüntüləmə üsullarından istifadə etməklə aparılıb.

Sürix Universitetinin paleoantropoloqları Kristof Çollikofer həmkarı Marsiya Ponse de Leonla birlikdə sinxrotron təsvirindən istifadə etdilər ki, bu da qədim bir uşağın dişlərinin altı ay müddətinə qədər dəqiq necə böyüdüyünü görmək imkanı verdi.

Bioarxeoloq Alessia Nava da bu mövzuda öz fikirlərini bölüşüb. Bir elm adamı kimi böyük təcrübəyə malik Nava mütəxəssis rəyi verməklə, tədqiqatın əsas məqsədini açıqlayıb. “Paleoantropologiyanın elmin köməyi ilə cavabını tapmaq istədiyi əsas suallardan biri də Homo cinsindəki yavaş inkişaf modelinin nə vaxt, necə meydana gəldiyini anlamaq, həmçinin dəqiq nəticə əldə etməkdi” söyləyən alim Alessia Nava fikrini belə tamamlayıb.

Alim tədqiqatların nəticələri ilə bağlı ona ünvanlanan sualı da cavablandırıb. Nava deyib:“Nəticələr bir daha onu göstərir ki, bu inkişafın ilk əlamətləri beyin həcminin artmasından çox əvvəl, müasir Gürcüstan ərazisindəki Dmanisi rayonunda yaşamış qədim Homo insanda artıq mövcud idi”.

Elm adamlarının fikrinə görə, dişlərin bu cür ləng inkişafı çox güman ki, o dövrdə yaşamış gəncin süddən kəsildikdən sonra uzun müddət qidalanması və qulluq üçün böyüklərdən asılı olması ilə bağlı olub. Bu gəncin soydaşları daş alətlərdən istifadə edirdilər və ehtimal ki, qrupun həm gənc, həm də yaşlı üzvlərinə kömək edirdilər.

Amerika Birləşmiş Ştatlarındakı fəaliyyəti ilə elm aləmində tanınmış Ohayo ştatının Dövlət Universitetinin paleoantropoloqu Debbi Quatelli-Staynberqin fikrincə, bu müşahidə edilən inkişaf yavaşlamasının insanlardakı uzadılmış uşaqlıq dövrünün təkamülündə elmi cəhətdən əhəmiyyətli bir addım sayıla bilər. Alimin söylədiyinə görə, araşdırmalar həm də belə uşaqların daha uzun müddət asılı qalmasına, eləcə də bir çox nəsnələri təcrübə baxımından xüsusi olaraq böyüklərdən öyrənməsini aşkara çıxarmağa imkan yaradıb.

Bütün bunlarla yanaşı, alimlər aparılmış tədqiqatlara istinadla elmi məntiqə sığan sübutlara söykənən fikirləri tam müdafiə etsələr də, mübahisələr bitmək bilmir.

Bəzi elm adamları isə Dmanisinin müasir sakinlərinin milyon il öncə yaşamış Homo əcdadı ilə qohumluğunu inkar edirlər.

Oqtay Qorçu

Избранный
89
21
azpost.info

10Источники