RU

Tramp ordu ilə miqrantları kütləvi şəkildə deportasiya edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra miqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu “Truth Social”da bəyan edib.

Tramp sosial şəbəkəsinin istifadəçilərindən birinin, yeni seçilmiş prezidentin qeyri-qanuni miqrantların deportasiyası proqramını həyata keçirmək üçün ordudan istifadə edəcəyini və fövqəladə vəziyyət tətbiq edəcəyini bildirən yazısına “Doğrudur” şərhini yazıb.

Bundan əvvəl Tramp dəfələrlə ictimai çıxışlarında bildirib ki, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.

Miqrasiya böhranı ABŞ-da seçki kampaniyasının əsas problemlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları onun kəskin eskalasiyasında günahlandırırlar.

Избранный
5
4
qaziler.az

5Источники