Bakı, TurkicWorld
Rizənin Çayeli mahalının Çarşıbaşı məhəlləsində baş verən torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, Çayeli rayonunda güclü yağışdan sonra baş verən sürüşmədə torpaq kütlələri yamacdan qoparaq bir sahəyə aid 6 mərtəbəli yaşayış binasının birinci mərtəbələrindəki evləri doldurub.
Evdə yerin altında qalan 1 nəfər həyatını itirib, binada olanlar isə yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Bölgədə yağışın bu gün də davam edəcəyi gözlənilir.