Gələn il Azərbaycanın neft və qaz sektoru üzrə ixrac gəlirləri 18 415,9 mlrd. ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Sənədə əsasən, 2026-cı ildə qeyd olunan göstərici 16 187,3 mln. dollar, 2027-ci ildə 16 556,1 mln. dollar, 2028-ci ildə isə 15 767,2 mln. dollar səviyyəsində olacaq.
Qeyd olunur ki, gələn il Azərbaycan 2 238,1 mln. dollar dəyərində neft və qaz sektoru məhsulları idxal edəcək. 2026-cı ildə bu göstərici 2 105,6 mln. dollar, 2027-ci ildə - 2 261,9 mln. dollar, 2028-ci ildə isə 2 268,5 mln. dollar təşkil edəcək.
© APA