RU

Dünya Bankının Qlobal Direktoru: 2030-cu ilə qədər kənd təsərrüfatı maliyyələşdirməsini 9 mlrd. dollara çatdırmaq üçün çalışırıq

Paris Sazişindən bəri, Dünya Bankı iqlimə dayanıqlı kənd təsərrüfatına illik investisiyalarını 2023-cü ilə qədər səkkiz dəfə artıraraq təxminən 3 milyard dollara çatdırıb.

APA xəbər verir ki, COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbirində çıxışı zamanı Dünya Bankının Kənd Təsərrüfatı və Ərzaq üzrə Qlobal Direktoru Şobha Şetti deyib.

O bildirib ki, ötən il kənd təsərrüfatı və ərzaq sektorunda iqlim maliyyələşdirməsi ümumi kreditləşmənin 62%-ni təşkil edib ki, bu da əvvəlki ildəki 51%-dən əhəmiyyətli dərəcədə çoxdur.

“2030-cu ilə qədər kənd təsərrüfatı maliyyələşdirməsi və aqrobiznes öhdəliklərini 9 milyard dollara çatdırmaq üçün çalışırıq. Harmonia Təşəbbüsünün bir hissəsi olmaqdan və onu dəstəkləməkdən çox məmnunuq və ümid edirik ki, bu təşəbbüs kənd təsərrüfatı maliyyəsini artıracaq, kiçik fermerlərin dayanıqlığını artıracaq və kənd təsərrüfatı sistemini Paris Sazişinin məqsədlərinə uyğun bir yola yönəldəcək” - Şobha Şetti əlavə edib.

Dünya
Избранный
29
2
apa.az

3Источники