RU

Tramp qeyri-qanuni miqrantların deportasiyasına ordunu cəlb edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan sonra fövqəladə vəziyyət tətbiq etmək və qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti həll etmək üçün hərbçiləri cəlb etmək niyyətindədir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Tramp "Truth" sosial şəbəkəsinin istifadəçilərindən birinin paylaşımına verdiyi cavabla bu məlumatı təsdiqləyib.
Belə ki, istifadəçilərdən biri öz paylaşımında yeni seçilmiş prezidentin qeyri-qanuni miqrantların deportasiyası proqramını həyata keçirmək üçün ordunu cəlb edəcəyini və fövqəladə vəziyyət tətbiq edəcəyini bildirib.
"Doğrudur", - deyə Tramp ona cavab verib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp dəfələrlə ictimai çıxışlarında inaqurasiyadan sonra ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətində olduğunu bəyan edib. Miqrasiya böhranı ABŞ-də seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları böhranın kəskin eskalasiyasında günahlandırırlar.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkisində respublikaçı Donald Tramp qalib gəlib və onun andiçmə mərasimi 20 yanvar 2025-ci ildə baş tutacaq.
Избранный
5
50
oxu.az

10Источники