RU

Ölkədə vergi mədəniyyəti formalaşıb- ÖZƏL

"Gələn ilin dövlət büdcəsinin gəlirləri 1.928 mlrd manat artırılaraq 38.316 mlrd manata çatdırılmışdır. Bunun da 19.5 mlrd manatı qeyri neft qaz sektorundan formalaşır (qeyri neft qaz ÜDM-in 21% i). Qeyd edim ki, DNF fondundan transfert artımını nəzərdə tutmasaq, o zaman artım 228 mln manatdir. Gəlirlər ÜDM-in 29.7%-ni təşkil edir. 129.2 mlrd manatlıq ÜDM üçün 38.3 mlrd manatlıq dövlət büdcəsi gəlirləri məncə məqbul hesab edilə bilər". "Olaylar" xəbər verir ki bunu millət vəkili Tahir Mirkişili deyib:
"Qeyri-neft qaz (QNQ) sektorunun gəlirlərinin 924 mln manat artırılması (5%) QNQ artım proqnozlarına uyğundur, hətta deyərdim ki, proqnozu da üstələyir. Dövlət vergi xidmət tərəfindən proqnozlaşdırılan qeyri-neft sektoru üzrə daxilolmaların 9% və ya 1 mlrd manat artırılması sektor üzrə ÜDM-in artım tempini üstələsə də, dövlət büdcəsi üçün yaxşı xəbərdir. Əminəm ki, ölkədə vergi mədəniyyətinin formalaşmasına və effektiv icra mexanizmlərini yaradılmasına nail olan DVX bu öhdəliyi icra edə biləcək. Dövlət Neft Fondundan transfertin artırılması hesab edirəm ki, indiki geo-siyasi vəziyyətdə çağırışların tələbi ilə reallaşdırılacaqdır. Dövlət Gömrük Komitəsi tərəfindən də nail olunan bu ilin icra göstəriciləri növbəti ildə 165 mln manat artırılmış öhdəliyi icra etməsinə əminlik yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
olaylar.az

1Источники