RU

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə ŞƏRH

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi.

İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Bu sənədin imzalanması Azərbaycanın gələcək nəaliyyətlərinin əsasını qoydu. Sənəd, eyni zamanda, postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəmin yaradan strategiyanın başlanğıcı idi. Ən əsası, sənədin imzalanması nəticəsində böyük ərazilərimiz qansız və itki olmadan azad edildi.

Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.

10 noyabr bəyanatının imzalanması həm də regionda yen reallıqların əsasını qoydu. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq kədərinə son qoyuldu. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Избранный
3
1
sesqazeti.az

2Источники