RU

Növbəti il dövlət büdcəsinin qeyri-vergi gəlirləri 18.7 mlrd. manat proqnozlaşdırılır

2025-ci ildə dövlət büdcəsi gəlirlərinin artımının əsasən qeyri-vergi daxilolmaları hesabına təmin ediləcəyi nəzərdə tutulub. Belə ki, növbəti ilin dövlət büdcəsində qeyri-vergi daxilolmalarının 1 milyard 585 mln. manat artaraq 18668,9 mln. manata yüksələcəyi proqnozlaşdırılır.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirlərində müşahidə olunan əhəmiyyətli artım (4792,3 mln. manat) qeyri-vergi gəlirləri ilə əlaqəli olub. Belə ki, cari ilin 8 ayında dövlət büdcəsinin qeyri-vergi gəlirləri 11 milyard 171,4 mln. manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Əhəmiyyətli artım əsasən Dövlət Neft Fondundan transfertləri ilə izah edilir.

Baxılan dövrdə vergi gəlirləri 14 milyard 52 mln. manata bərabər olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 739,7 mln. manat azalmışdır. Azalma əsasən hüquqi şəxslərin mənfəət vergisinin əhəmiyyətli dərəcədə (1538,3 mln. manat) azalması ilə bağlı olmuş, əlavə dəyər vergisi üzrə 562,8 mln. manat artımın izlənməsi mənfəət vergisindən formalaşan azaldıcı təsiri nisbətən yumşaldıb.

Избранный
24
5
azpost.info

6Источники