RU

COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü elan edilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində (COP29)"Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması:fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılmasıüçün imkanların genişləndirilməsi" rəsmi elan edilib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi vəBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgəəməkdaşlıq çərçivəsində formalaşan bu mühüm təşəbbüs kəndtəsərrüfatında, qida sistemlərində, su idarəçiliyində iqlimdəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinəyönəlib.

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panelmüzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf MühitOfisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildiribki, paytaxt Bakının ev sahibliyi etdiyi beynəlxalq iqlimkonfransında digər COP-larda olduğu kimi dünya ictimaiyyəti üçünqlobal təşəbbüslər - çağırılar formalaşıb. COP29 üçün 14 qlobaltəşəbbüsdən biri kənd təsərrüfatı, ətraf mühit və iqlimməsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniyaİqlim Təşəbbüsü”nün əsas məqsədlərindən biri kənd icmalarının,qadın və gənclərin imkanlarının genişləndirilməsi və kəndtəsərrüfatının iqlim dəyişmələrinə qarşı davamlılığınınartırılmasına nail olmaqdır. COP29 prezidenti bildirib ki,"Harmoniya” təşəbbüsü çərçivəsində kənd təsərrüfatının dayanıqlıinkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədəmühüm rol oynayacaq.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Harmoniya”nınməqsədlərinin sadə, lakin vacib olduğunu vurğulayıb. Nazir bildiribki, ilk növbədə “Harmoniya” təşəbbüsü iqlimə davamlı kəndtəsərrüfatı sistemlərinin qurulmasında maraqlı tərəfləri bir arayagətirməklə aqroərzaq sistemlərinin daha dayanıqlı və davamlı modeləçevrilməsi istiqamətində qlobal səyləri birləşdirən platforma kiminəzərdə tutulub. Kənd təsərrüfatı sektorunda adaptasiyatədbirlərinin təşviq edilməsində bir növ aqreqator rolunu oynayacaqbu təşəbbüs şəbəkə və koalisiyaları bir araya gətirərək onlarıngücündən yararlanacaq, təcrübə mübadiləsini təmin edəcək. Başqasözlə, bu platforma fermerlərin təcrübi biliklər əldə etməsi,rəqəmsal alətlərə çıxışı, dünyanın ən yaxşı təcrübələri vəinnovasiyaları ilə tanış olmasında əvəzsiz rol oynayacaq. İkincisi,bu təşəbbüs kənd təsərrüfatı sistemlərinin transformasiyasınıdəstəkləyəcək, davamlı kənd təsərrüfatını dəstəkləyəninvestisiyaları səfərbər etməyə imkan verəcək. Təşəbbüsçərçivəsində beynəlxalq təşəkilatlar, dövlət və özəl qurumlar,eləcə də bütün tərəfdaşlar arasında əməkdaşlıq nəticəsində iqlimmaliyyələşməsi ilə bağlı yeni alət və layihələrin tətbiqi nəzərdətutulur ki, bununla da sərmayələr daha əlçatan və effektivolacaq.

Üçüncü məqam ondan ibarətdir ki, “Harmoniya” təşəbbüsü kəndtəsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsashərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların vəgənclərin imkanlarının artırılmasında mühüm rol oynayacaq. Lazımialətlər, təlim və iqlim maliyyəsi ilə təchiz etməklə Harmoniya kəndtəsərrüfatı icmaları və fermerləri təcrübələrini davamlıtəkmilləşdirməyə təşviq edəcək.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi ViorelGutu son illərdə iqlim dəyişikliyinin iqtisadiyyatın bir çoxsahələrinə, o cümlədən kənd təsərrüfatı sahəsinə təsir etdiyinivurğulayıb. O, mübarizə tədbirləri çərçivəsində kənd icmalarının,qadın və gənclərin fəaliyyətinin dəstəklənməsinə, iqlim maliyyəsinəxüsusi diqqət yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb: “Son10 il ərzində aqro-ərzaq sistemləri, iqlim dəyişikliyi və maliyyəilə əlaqəli təşəbbüslər, koalisiyalar, şəbəkələr və tərəfdaşlıqlarəhəmiyyətli inkişaf edib. Bununla yanaşı, daha təsirli iqlimtədbirləri həyata keçirmək və aqro-ərzaq sistemlərinin daha sürətlitransformasiyasını həyata keçirmək üçün daha çox koordinasiyayaehtiyac var. Harmoniya Təşəbbüsü bu baxımdan çox önəmlidir".

Rəsmi açılış mərasimindən sonra “Harmoniya niyə vacibdir? Butəşəbbüs hansı boşluqları həll edəcək?” mövzusunda panel sessiyakeçirilib. Sessiyada çıxış edən Kənd təsərrüfatı nazirinin müaviniİlhamə Qədimova aqrar sahənin bölgələrdə məşğulluğun təminolunmasında, o cümlədən kənd icmalarının, qadın və gəncləringəlirlərinin formalaşmasında mühüm rol oynadığını, bu təşəbbüsüniqlim dəyişikliyi ilə mübarizədə qadın və gənclərin rəqəmsalsavadlılığını təşviq edəcəyini, rəqəmsal alətlərə çıxışın təminedilməsinə, fərdi təsərrüfatların dəstəklənməsinə xidmət edəcəyinivurğulayıb.

Panel müzakirələrdə çıxış edən Dünya Bankının Kənd təsərrüfatıvə qida üzrə qlobal direktoru Shobha Shetty, BMT QadınlarTəşkilatının İqtisadi inkişaf bölməsinin rəhbəri Jemimah Njuki,Dünya Fermerlər Təşkilatının Baş Katibi Andrea Porro və digərnatiqlər iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığınönəmli olduğunu, bu istiqamətdə kompleks yanaşmanı özündə ehtivaedən Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünüdəstəklədiklərini vurğulayıblar.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Məqalədə:
Избранный
22
3
az.trend.az

5Источники