Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Hüseyn Hüseynzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Hüseyn Hüseynzadə “Aqrar İnnovasiya və Təchizat şirkəti" MMC-də satıcı-anbardar vəzifəsində işləyib. O, çalışdığı dövrdə 2020-2022-ci il tarixlərində olan müddət ərzində MMC-nin anbarından gübrə, buğda və yonca toxumlarını istintaqla müəyyən oluna bilməyən şəxslərə sataraq ümumilikdə 18 830 manat pulu mənimsəyib.
Samux Rayon Məhkəməsinin hökmü ilə Hüseyn Hüseynzadə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Kamal Məmmədov