Əməkdar artist Mehriban Xanlarova efirdə gərgin dolu anlar yaşayıb.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, hadisə onun ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişində yaşanıb.
Proqrama gələn Şair adlı qayınata gəlini ilə bağlı “Bizim evdən pul gedib…” fikirlər səsləndirib.
Xanlarova isə ona sual ünvanlayıb: “Bu onların ikinci gəlinidir. Sənin birinci gəlinin toya 5 gün qalmış evdənniyə qaçıb ?”
Qarşı tərəf “Artıq sözlər danışmayın!” - deyə ayağa qalxıb və aktrisanın üstünə gedib.
Aktrisa deyib: “Üstümə gəlmə! Sənin kimisinin yanında gəlin qalar? O gəlin yaxşı edib gedib”.
Bundan sonra ikili arasında söz savaşı daha da böyüyüb. Proqramın aparıcısı Zaur Baxşəliyev qayınatanı sakitləşməyə çalışıb.
"Cebheinfo.az"