RU

"Hər gün tarix yazılır" - QHT sədri Nailə İsmayılova

COP29 gələcək nəsillərə böyük töhfə verəcək.

QHT.az xəbər verir ki, COP29 çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi qlobal iqlim tədbiri həm təşkilatçılığı, həm də əhatə dairəsi ilə seçilir. "Yeni Həyat" İctimai Birliyinin sədri Nailə İsmayılova bu mötəbər tədbirin ölkə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

O bildirib:

"Hər şey o qədər mükəmməl təşkil olunub ki, bu tədbir gələcək nəsilə ən böyük töhfəmiz olacaq. Hər gün tarix yazılır və biz bu tarixin canlı şahidləriyik."

QHT sədri qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və vətəndaş cəmiyyətinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Milli QHT Forumunun pavilyonunda keçirilən tədbirlərdə yüzlərlə yerli və xarici iştirakçı qlobal iqlim problemlərinin həllinə töhfə verir.

COP29 tədbiri həm Azərbaycanın beynəlxalq nüfuzunu artırır, həm də ekoloji məsələlərdə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin edir. Bu tədbirin nəticələri gələcəkdə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayacaq.

 

Pərvanə Fərhadqızı

Избранный
38
qht.az

1Источники