RU

Arif Əsədov: “Həmin strategiyadan hansı yolu tutacağımız müəyyən olacaq”

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün son oyuna çıxacaq. Fernandu Santuşun yetirmələri Stokholmda İsveçlə üz-üzə gələcək.

Yığmanın sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Millinin Millətlər Liqasındakı aqibəti bu oyundan sonra bəlli olacaq. Əfsuslar olsun ki, Estoniyanı məğlub edə bilmədik. oyundan əvvəl də bilirdik ki, bu, həlledici matçdır. Böyükhesablı qələbə qazanmaq lazım idi ki, C Liqasındakı yerimizi qoruyaq. Estonlarla matçda imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Estonların müdafiəni kompakt quracağı matçdan öncə də bilinirdi. Çünki, onlar daha çox hesabı qorumağa çalışırdı. Ən azından bura heç-heçə üçün gəlmişdilər. Bu üzdən də irəli çox atılmırdılar. Doğrudur, komanda şəklində bir sıra hücumlarımız oldu. Amma hardasa fərdi keyfiyyətlər önə çıxmalıydı ki, millimizdə də bu, çatışmadı. Mahir Emreli, Renat Dadaşov, Emin Mahmudov kimi futbolçularımızın olmaması öz təsirini göstərdi. Musa Qurbanlı çox çalışsa da oyun praktikasının azlığı öz sözünü deyirdi. Yekun olaraq, deyiləsi çox söz yoxdur. Qol vura bilmədik və qələbəni əldən verdik”.

Azərbaycanın əsas yığması ilə yanaşı, U-17 və U-19 da uğursuz nəticələri ilə gündəmə gəlir. Mütəxəssis aşağı yaş qruplarındakı nəticələrə də toxundu:

“Ümumiyyətlə, düşünürəm ki, aşağı yaş qruplarımız üçün növbəti ildən yeni strategiyalar hazırlanacaq. Həmin strategiyadan da bizim hansı yolu tutacağımız müəyyən olacaq. Ona görə də bu barədə ətraflı danışa bilmərəm. Nəyin necə olacağını zaman göstərəcək”.

Избранный
7
futbolpress.az

1Источники