Day.Az və Trend BİA Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xəbərlərin keyfiyyəti və həcminə görə liderlərdir.
Müstəqil platforma olan "Medialogiya"nın araşdırma və monitorinq nəticələrinə əsasən, Trend jurnalistlərinin hazırladığı xəbərlər, materiallar və özəl müsahibələr KİV-də ən yüksək istinad səviyyəsini nümayiş etdirib.
"Medialogiya"nın məlumatına görə, Trend COP29-u rus dilində işıqlandıran media qurumları arasında nəşrlərin sayı və onlara istinad səviyyəsinə görə birinci yeri tutub. Trend-in istinad indeksi 13 098-dir. İkinci yerdə 10 775 balla Day.Az xəbər portalı qərarlaşıb. Reytinqdə daha sonra Rusiya nəşrləri News.ru, TASS informasiya agentliyi və RİA Novosti müvafiq olaraq 6 744, 6 191 və 3 667 balla yer alıblar.
Eyni vəziyyət ingilis dilində yayımlanan nəşrlərdə də müşahidə olunur. Bakıda keçirilən COP29 ilə bağlı ən yüksək istinad indekslərindən biri də məhz Trend-ə məxsusdur.
Day.Az və Trend BİA agentliyin yüksək peşəkarlıq statusunu bir daha təsdiqləyən özəl materiallar və təhlillər təqdim edərək, COP29-la bağlı ən aktual hadisələri oxucuların diqqətinə çatdırmağa davam edəcəklər.