RU

U-19 yığmamız da son matçına çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız Moldova seçmə komandası ilə üz-üzə gələcək.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk oyununda İslandiya yığması ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Komandamız sonuncu İrlandiya ilə görüşdə isə 0:4 hesablı məğlubiyyətə üzülmüşdü. Komandamızın son turda meydan sahiblərinə də uduzub-uduzmayacağı maraqla gözlənilir.

Moldova yığması da millimiz kimi uğursuz çıxışı ilə diqqət çəkir. Bugünkü rəqibimiz ilk turda İrlandiya ilə qolsuz heç-heçəyə nail olsa da, ikinci turda İslandiyaya 0:1 hesabıyla uduzub.

AÇ-2025-in seçmə mərhələsi
7-ci qrup
19 noyabr

Moldova – Azərbaycan
Baş hakim: David Dikkinson (Şotlandiya).
Baş hakimin köməkçiləri: Kreyq Ferguson (Şotlandiya), Lukaş Matuşek (Çexiya).
Dördüncü hakim: Yan Petrik (Çexiya).
Kişinyov. “Zimbru” stadionu. Saat 15:00.

Xallar: İslandiya – 6. İrlandiya – 4. Moldova – 1. Azərbaycan – 0.

Избранный
15
arena.az

1Источники