RU

Apellyasiya Məhkəməsi Fərid Mehralızadəni həbsdə saxlayıb

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə həbs edilmiş iqtisadçı və jurnalist Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasından imtinaya dair şikayətə baxılıb.

Müdafiə tərəfi onun barəsində həbs  qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib, lakin noyabrın 7-də Xətai Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Bu qərardan şikayət verilib.

Vəsatət “Abzas Media işi” üzrə istintaqın başa çatması və Mehralızadə azadlıqda olarsa “istintaqın gedişatına təsir göstərə bilər” iddiasının aradan qaldırılması ilə əsaslandırılıb.

Bununla belə, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Mehralızadənin xanımı Nərgiz Muxtarova bildirib ki, həyat yoldaşı ədalət gözləmirdi. "Fərid dedi ki, məhkəmədən ədalətli qərar gözləmir, çünki onun həbsindən tutmuş bütün əvvəlki qərarlara qədər hamısı ədalətsiz olub", - Muxtarova deyib.

* Mehralızadə iyunun 1-də qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Sonradan ona qarşı digər iqtisadi cinayətlərlə bağlı  ittihamlar irəli sürülüb.

Sentyabrın 6-da Mehralızadənin həbs müddəti dekabrın 19-dək uzadılıb.

O, ittihamları rədd edir və uydurma hesab edir. Hüquq müdafiəçiləri Fərid Mehralızadəni siyasi məhbus kimi tanıyıblar.

Избранный
20
turan.az

1Источники