RU

Makron: "ABŞ-ın Ukraynanın Rusiyaya zərbələr endirməsinə icazə verməsi yaxşı qərardır"

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Co Baydenin Ukraynanın Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirməsinə icazə vermə qərarını alqışlayıb.

Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, bu barədə o, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bayden Ukraynanın Rusiyaya zərbələr endirmək üçün ABŞ istehsalı olan silahlardan istifadə etməsinə icazə verməklə “yaxşı qərar” verib.

Makronun sözlərinə görə, Vaşinqton belə bir addımı Şimali Koreya əsgərlərinin Moskva ilə Kiyev arasında hərbi münaqişədə iştirakına görə atıb:

“Bu, tamamilə düzgün qərar idi. Mən başa düşürəm ki, bu, həm də münaqişədə ciddi dəyişikliklə bağlıdır, yəni buna Şimali Koreya qoşunlarının Avropa ərazisinə daxil olması səbəb olub”.

Qeyd edək ki, Fransa və Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib.

Fransanın Le Figaro nəşri yazıb ki, Paris və London Kiyevə öz SCALP və Storm Shadow raketləri ilə hücumlar etməyə icazə verib.

Bundan əvvəl Amerika mediası Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.

Mənbələr qeyd ediblər ki, ilk belə zərbələrin 306 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcəyi ehtimal edilir.

Bizim.Media

Избранный
84
50
bizim.media

10Источники