RU

"Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir" - Komitə sədri

"Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. İnsanlar arasında böyük tələfat verən icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Beş-altı il əvvəl səhiyyənin xərcləri 780-800 milyon manat olub. Bu gün isə həmin vəsait icbari tibbi sığortanın da xərclərini nəzərə alsaq 4 dəfə artıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb", - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Избранный
20
unikal.az

1Источники