RU

Azərbaycanla sərhəddəki “müşketyor”lar… – onlar gedəcəkmi?

“Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirilməyib”. Tribunainfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos deyib.
O bildirib ki, hazırda bu məsələnin üzərində işləyirlər. “Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.
Qeyd edək ki, Ermənistan hökuməti avropalı müşahidəçilərin sərhəddə qalıb-qalmaması məsələsində tərəddüdləri var. Bu, təkcə, Azərbaycandan çəkinmələri və Bakının tələbi ilə bağlı deyil. Həm də analoji durum İranla da yaşanır. Tehran bir neçə dəfə İrəvana xəbərdarlıq edib ki, həmin müşahidəçilər kəşfiyyatla məşğuldurlar və onların Ermənistanda qalmaları qəbuledilməzdir.

Избранный
8
tribunainfo.az

1Источники