RU

COP29: Kiçik ada dövlətlərinin yüksələn səsi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) hər il keçirilir. Dünyanın hər yerindən dövlət və hökumət başçıları COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib.

Hazırda isə COP29 ölkəmizdə, paytaxt Bakı şəhərində uğurla keçirilir. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın ən mötəbər beynəlxalq tədbiridir, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı 11-22 noyabr tarixlərində dünyanın mərkəzi olacaq və şəhərin təqribən 70-80 min xarici qonağı var. COP29-un paytaxtımızda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.
Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edibvə bu proses uğurla davam edir. Azərbaycan ardıcıl dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Dövlətimiz Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda dövlət siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. “Yaşıl enerji” əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Bu faktorlar COP-un məqsəd və məramını ifadə edir. Bu tədbirə Azərbaycanın evsahibliyi isə olduqca böyük əhəmiyyət kəsb edir, gücümüzü bir daha dünya dövlətlərinə göstərir.
Noyabrın 13-də Bakıda keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti də olduqca maraql qarşılanıb, iqlim dəyişikliklərinin bir sıra vacib səbəbləri göstərilib. Prezident İlham Əliyev çıxışında qeyd edib: “Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər...”
Bəzi Qərb dairələri dönüb öz əmməllərinə baxmalıdır, insanlığa qənim kəsilən addımlarına son qoymalıdır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Избранный
12
sesqazeti.az

1Источники