RU

“Laboratoriya Təchizatları Şirkəti-LTŞ” MMC - MƏHKƏMƏLİK OLDU

“Laboratoriya Təchizatları Şirkəti-LTŞ” MMC gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, QSC barəsində  İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli protokol sürülüb.

 İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə  malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.

 İş Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın icraatındadır.

Избранный
13
3
fed.az

5Источники