RU

Ermənipərəst Peloni Azərbaycandan qaçdı - "Qonaq gələn adamı döyüb qovmalıydıq?

Məlum olduğu kimi, Azərbaycan xalqının düşməni, hələ Birinci Qarabağ Müharibəsi dövründən ermənipərəst mövqe tutan, ölkəmizi dəfələrlə təhqir etmiş ABŞ konqresmeni Frank Peloni ölkəmizdən qaçıb.
  
Diplomatik mənbələrdən verilən məlumata görə, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırıb. Bu məqsədlə o, ötən noyabrın 16-da Bakıya gəlib.
 
Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanan Frank Peloni sualları cavablandırmayıb. Onun gəlişindən xəbər tutan yerli QHT rəhbərləri və ictimai fəallar isə qalacağı otelin qarşısına toplaşıblar. Bir qrup şəxs ekoaksiya keçirərək onun ölkəmizi tərk etməsini istəyiblər.
 
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder tərəfindən rəsmən təsdiqlənib.
 
Qeyd edək ki, onun Azərbaycana səfəri ictimaiyyətin sərt qınağına və hiddətinə səbəb olmuşdu.
 
Bəs, ümumən radikal erməni siyasəti ilə tanınan, daim anti-Azərbaycan mövqeyi sərgiləyən ABŞ konqresmeni Frank Peloninin COP29-a gəlməkdə hansı məqsədləri var idi? 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan qonaq gələn qonağı heç vaxt qovmur. O, özü ölkəni tərk edib:

 
\"Qonaq gələn adamı döyüb qovmalıydıq? Qonaq gəlibsə, hansısa məqsədlə qəbul edib gəliblər. Onun məhz ermənipərəst olduğuna görə bir qrup gənc ekoaksiya təşkil edib. Burada nə var ki? Gənclər deyib ki, \"həmişə bizə düşmənçilik etmisən, indi durub niyə bura gəlmisən? Amma bizim ölkədə gələn adamı döymürlər. COP-a gələn adamlar sona qədər qalmırlar. Bəzi adamlar iki-üç günlük gəlirlər. Üç-dörd gün iştirak edib gedirlər. Mən onun fəaliyyətini, ümumiyyətlə satqın, ermənipərəst, düşmən adamların işgüzarlığını izləmirəm\".
 
Mövzuya geosiyasi prizmadan yanaşan siyasi şərhçi Məhəmməd Əsədullazadə AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Peloni şəxsi maraqları, erməni lobbisinin əməkdaşlığı, anti-Azərbaycan siyasətinə köklənib: 

 

\"Konqresmen Frank Peloninin COP-29-da iştirak etmək üçün ölkəmizə səfəri əlbəttə ki, çox hiddətlə qarşılandı. Çünki Frank Peloni hələ Birinci Qarabağ Müharibəsində qatı ermənipərəst mövqə tutmuşdu. Beynəlxalq hüquqi qəti şəkildə qəbul etmir. O, yalnız şəxsi maraqları, ambisiyaları, erməni lobbisinin əməkdaşlığı, onun anti-Azərbaycan, Azərbaycanfobiya siyasətinə köklənib. O, Birinci Qarabağ Müharibəsi və ondan sonrakı dönəmlərdə Azərbaycana səfərə gəlmişdi. Mərhum prezident Heydər Əliyevlə görüşmüşdü. Azərbaycan Prezidenti ölkəmizin həqiqətlərini onun diqqətinə çatdırmışdı, hətta o Qarabağa da gedib qanunsuz fəaliyyət göstərən o vaxtkı separatçı, indi isə Azərbaycanda həbsdə saxlanılan liderlərlə də görüşmüşdü.
 
Göründüyü kimi, Frank Peloni, o cümlədən onun fəaliyyəti Azərbaycana qarşıdır. Bu kontekstdə Azərbaycana qarşı qətnamələrin qəbulunda xüsusi rol oynayıb. Adam erməni lobbisinin sifarişlərini yerinə yetirir. Azərbaycana qarşı neqativ mövqe bildirib. Hətta ABŞ-nin Cənubi Qafqaz strategiyasını təhdid edib. Onun belə bir mötəbər tədbirə gəlməsi yalnız öz şəxsi maraqlarına əsaslanır, belə bir dırnaqarası siyasətçiləri heç vaxt dünyadakı iqlim dəyişiklikləri, beynəlxalq hüquq maraqlandırmır, onların təkcə bir missiyası var. Öz şəxsi maddi maraqlarını təmin etmək, hansı yolla olursa olsun. Məhz Frank Piloni də belə bir dırnaqarası siyasətçidir\".
 
Politoloq əlavə edib ki, ABŞ siyasətində Peloni kimi dırnaqarası siyasətçilərin olması Ağ Evin imiciylə hər zaman üst-üstə düşmür:

Təbii ki, Azərbaycan xalqının ictimai nümayəndələrinin sərt qınağına tuş gəldi. O, burada ola bilərdi ki, yenə də təxribatçı açıqlamalar versin, ona icazə verilmədi. Həsab edirəm ki, o, Azərbaycanın ərazi bütövlüyünü pozduğuna görə hələ işğal dövründə Azərbaycan qanunvericiliyi ilə də cəzalanmalı idi. Çox təəssüf ki, ABŞ siyasətində bu kimi dırnaqarası siyasətçiləri görürük. Bəzən bunların siyasəti dövlətdə Ağ Evin siyasətiylə də üst-üstə düşmür\".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi\" mövzusunda dərc edilib.
 

 


Избранный
4
azxeber.com

1Источники