RU

Putin nüvə doktrinası TƏSDİQLƏDİ

Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti bununla bağlı müvafiq fərman imzalayıb.

Yeni sənəddə vurğulanır ki, Rusiyanın nüvə siyasəti müdafiə xarakteri daşıyır. Lakin mövcud və potensial hərbi təhdidlər fonunda siyasət yenidən formalaşdırılıb.

Əsas məqamlar:

- Təcavüzün qiymətləndirilməsi: Hər hansı hərbi koalisiyaya daxil olan dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü koalisiyanın ümumi hücumu kimi qəbul ediləcək.

- Nüvə silahının tətbiqi qərarı: Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar yalnız Rusiya prezidenti tərəfindən verilir.

- Tətbiq şərtləri genişləndirilib:

- Rusiya və ya onun müttəfiqlərinə qarşı adi silahlarla edilən hücum zamanı suverenlik və ərazi bütövlüyü təhlükədə olduqda;
- Rusiya sərhədlərini qanadlı raketlər, pilotsuz uçuş aparatları və ya hərbi təyyarələrin genişmiqyaslı keçidi zamanı;
- Birlik Dövləti çərçivəsində Belarusa hücum zamanı nüvə cavabı mümkün ola bilər.

Sənəddə həmçinin qeyd olunur ki, Rusiya nüvə silahını yalnız son çarə olaraq, suverenliyinin və mövcudluğunun kritik təhlükə altına düşdüyü hallarda tətbiq etməyi nəzərdə tutur.

Bu yeni doktrina Rusiya Federasiyasının müdafiə strategiyasında əhəmiyyətli dəyişikliklərə işarə edir və beynəlxalq hərbi balansın qorunmasında önəmli yer tutur.

Musavat.com

Избранный
3
3
musavat.com

4Источники