RU

İqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsi əhəmiyyətli rol oynayır

İqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi kənd təsərrüfatı irsinin müasir təcrübələrlə formalaşdırılmasından asılıdır.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə Yüksəksəviyyəli nazirlər görüşündə çıxışı zamanı deyib.

“Müasir çağırışlar fonunda, ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun inkişafı zəruridir. Bura həmçinin süni intellektin səmərəli şəkildə istifadə olunması da daxildir. İqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsi də əhəmiyyətli rol oynayır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaratdığı artıq bir reallıqdır”, - deyə nazir bildirib.

Nazir bildirib ki, zəngin tarixə və köklü əkinçilik ənənələrinə malik ölkə olan Azərbaycanda müxtəlif bitkilərin becərilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur: “Bununla belə, bütün dünyada olduğu kimi iqlim dəyişikliyi Azərbaycana da təsir edir. Son illərdə ölkədə tez-tez quraqlıq, su qıtlığı, eləcə də qeyri-müntəzəm yağıntılar müşahidə olunur”.

Избранный
15
ikisahil.az

1Источники