RU

Azadlığa qovuşan Ağdam ŞƏRH

Dövlətçilik tariximizdə, mədəniyyətimizdə özəl yeri olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kv.km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri min illik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib və XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər - Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilmişdi.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcədə digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq Ermənistan açıq-aşkar hərbi işğalçılıq mövqeyi tuturdu.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbənin yekunu olaraq 10 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalandı. Bəyanatın şərtlərinə əsasən 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil oldu. Bununla, Ağdam şəhərinin işğalına son qoyuldu.Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bildi. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə - “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə də layihələndirmə işləri aparılır. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Sonda qeyd etmək istərdim ki, Cənab Ali Baş Komandanın mükəmməl siyasətinin nəticəsində qazandığımız zəfər nəinki özünü Ağdamın dirçəlişində bütün Azərbaycanın dirçəlişində biruzə verir və verəcəkdir. Mən əminəm ki, mənim kimi bir çox həmvətənlərim bu gözəllikləri bu inkişafı canlı görməyə tələsir. lakin biz birqədər də təmkinli olmalı və Prezidentimizin arxasında bir yumruq kimi birləşərək onu dəstəkləməliyik. Bu yolda Azərbaycanımıza uğurlar arzu edirəm!

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Избранный
23
1
sesqazeti.az

2Источники