RU

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin mədəniyyət rayonlarından birinə çevriləcək ŞƏRH

20 noyabr 2020-ci il tarixi xalqımızın qürur günü – Ağdamın azad olunduğu şanlı gündür. Xalqımızı bu münasibətlə ürəkdən təbrik edirəm. Doğma torpaqlarımız düşmən tapdağından azad edilib. Yaşadığımız bu gözəl anlar üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur dpvlətimizin başçısı İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Şanlı Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.23 iyul 1993-cü ildə Ağdam rayonunun böyük hissəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ali Baş Komandan İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Ağdamlılar həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Allah bütün şəhidlərimizə rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz tutacaq.Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Ağdam bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Biz buna əminik. Prezident İlham Əliyev demişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf etdiyi rayonlardan birinə çevriləcək.23 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar Ağdam məscidini ziyarət etmişlər. Dövlətimizin başçısı Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır. Biz təkcətorpaqlarımıza deyil, o cümlədən dəyərlərimizə qayıdırıq."Dağlıq Qarabağ münaqişəsi" artıq tarixə qovuşub.Beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda Azərbaycan Prezidenti ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün tədbirlər hazırlamışdır.Ağdamın azad edilməsinə səbəb olan 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurmuş Müzəffər Ali Baş Komandanı, Şanlı ordumuzu, Azərbaycan xalqını Allah qorusun.

Azərbaycanda daim sülh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Избранный
8
sesqazeti.az

1Источники