RU

Tramp müharibələrlə bağlı vədlərini reallaşdıra biləcək? - RƏY

"Bütün dünyada prezidentliyə namizədlər seçki öncəsi çox ciddi vədlər verirlər. Donald Tramp da ABŞ prezidentliyinə namizəd olanda bir çox belə vəd verdi". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O, Trampın Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyi vədi barədə danışıb:

"Tramp bu gün dünya üçün ciddi problemə çevrilən, o cümlədən ABŞ-nin əsas problemlərindən biri olan Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmaları dayandıracağı ilə bağlı vədlər vermişdi. Onun əsas vədləri müharibələri dayandırmaq barədə idi. 

Lakin Rusiya-Ukrayna müharibəsini qısa müddət ərzində dayandırmaq mümkün deyil. Çünki bu müharibə artıq 3 ilə yaxındır davam edir və tərəflərin heç biri mövqelərindən çəkilmək istəmir. Üstəlik, müharibəni dayandırmaqla bağlı şərtləri nə Moskva, nə də Kiyev qəbul edir".

362716

Ekspert qeyd edib ki, bu şərtlərin qəbul edilməsi və tərəflərin masaya oturması üçün hansısa ciddi addımlar atılmalıdır:

"Ukraynaya yardımın dayandırılması, Rusiya isə müəyyən çağırışların edilməsi lazımdır. Lakin Kreml müharibəni dayandırmayacağı təqdirdə, qarşı tərəfə dəstəyin daha da artırılacağı deyilməlidir. Daha uzaqmənzilli silahların verilməsi ilə bağlı çağırışlar edilməlidir. Bunlar olsa gələn il Rusiya-Ukrayna müharibəsinin şiddəti səngiyə bilər. 

Yəni müvəqqəti də olsa atəşkəs oluna, danışıqlar prosesi başlaya, hətta müəyyən sənədlər imzalana bilər. Hər bir halda, bu prosesə müdaxilədən və atılacaq addımlardan çox şey asılıdır".

Pərviz

Избранный
22
hit.az

1Источники