AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XIII turunun oyunlarında yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.
AFFA iki klubu cəzalandırıb. “Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.
“Səbail” – “Turan Tovuz” matçında qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün Qərb təmsilçisi 800 manat cərimələnib.
İdman.biz