RU

Bakıdan qaçan Pelonidən ilk açıqlama

COP29-da iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində ölkəmizə gələn, Azərvaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan Frank Peloni Bakını tərk etməsi haqda ilk dəfə danışıb. 

News24.az Globalinfo.az-aistinadla xəbər verir ki, konqresmen X platformasındakı paylaşımda ermənilərlə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib.

O, Bakıdakı etirazlardan sonra Azərbaycanı tərk etməli olduğunu deyib. Lakin Ermənistan və ermənilərlə bağlı “mübarizəni” davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir sıx əlaqələri olan Frank Peloni Konqresdə daim Azərbaycana qarşı mövqeyi və ittihamları ilə seçilib. O, COP29-da iştirak üçün Vaşinqtonun nümayəndə heyətinin tərkibində noyabrın 16-da Bakıya gəlib. Onun ölkəmizə səfəri ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycandan üzr istəməsi və ölkəni tərk etməsi tələbi ilə aksiya keçirilib. Peloni bundan sonra gizli şəkildə ABŞ-a qayıdıb.


Избранный
40
8
news24.az

9Источники