AFFA İntizam Komitəsi I Liqada çıxış edən "Mingəçevir"in məşqçisi Namiq İbrahimlini beş oyunluq cəzalandırıb.
"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin VII turda "Baku Sportinq"lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.
Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.