RU

Azərbaycanda bu şəxslər də əsgər aparılır— RƏSMİ

Azərbaycanda ikili vətəndaşlığı olan şəxslərin başqa ölkədə hərb xidmətdə olduqları halda ölkəmizdə də hərbi xidmətdən keçib-keçməməsi ilə bağlı məsələ gündəmə çevrilib.

Demokrat.az xəbər verir ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:

“Eyni zamanda bildiririk ki, həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər”.

Избранный
7
26
demokrat.az

10Источники