RU

Şimali Koreya Kursk bölgəsinə 100 minə qədər hərbçi yollaya bilər - Bloomberg

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün ümumilikdə 100 minə qədər hərbçi göndərə bilər. "Bloomberg" bu barədə G20 ölkələrindəki mənbələrə istinadən xəbər verir.

Agentliyin həmsöhbətləri vurğulayıblar ki, bunlar ilkin hesablamalardır və təsdiqlənsə belə, eyni vaxtda 100 minlik hərbçi kontingent yerləşdirilməyəcək. Söhbət rotasiya nəzərə alınmaqla Rusiyaya hərbi dəstəyə cəlb oluna bilən Şimali Koreya hərbçilərinin ümumi sayından gedir.

Ülviyyə, Hurriyyet.az

Избранный
6
hurriyyet.az

1Источники