Almaniya və Finlandiya ölkələri birləşdirən sualtı kabelin kəsilməsindən narahatlıqlarını bildiriblər.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, 1.170 km uzunluğunda telekommunikasiya kabelinin qırılması Rusiya ilə gərginliyin artdığı bir dövrə təsadüf edir.
İki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir:
“Avropanın təhlükəsizliyi yalnız Rusiya tərəfindən Ukraynaya qarşı aparılan müharibə ilə yox, eyni zamanda zərərli qüvvələrin həyata keçirdikləri hibrid müharibə ilə də təhdid altındadır”.
Müəllif: Qənirə Süleymanova