RU

Rusiya qazı Azərbaycan vasitəsilə İrana svop ediləcək – İran səfiri

Bakı. Trend:

Rusiya qazının Azərbaycan vasitəsilə İrana svop edilməsi üzrəlayihə üzərində işlər aparılır.

Trend-in məlumatına görə,bunu İranın Rusiyadakı səfiri Kazem Calali İran KİV-ə açıqlamasındadeyib.

Onun sözlərinə görə, Rusiya İranın enerji layihələrinəinvestisiya yatırmağa maraq göstərir.

İran səfiri bildirib ki, Rusiya təbii qazın svop edilməsi iləbağlı İranla əməkdaşlıq etmək istəyir. Bununla bağlı müzakirələraparılır. Müzakirələrin böyük hissəsində razılıq əldə olunub və birsıra kiçik məsələlər də yaxın gələcəkdə razılaşdırılacaq.

Qeyd edək ki, İran Şimal-Cənub Enerji Dəhlizinin aktivləşməsinəmaraq göstərir. İran Rusiya kimi ölkələrlə əməkdaşlıq etməkləçoxtərəfli qaz razılaşmalarını icra etməyə və qazı svop etməyəhazır olduğunu bildirir. İranın qənaətincə, Şimal-Cənub EnerjiDəhlizində məqsəd ölkələr Türkiyə, İraq, Pakistan, Hindistan vəFars körfəzinin cənubunda yerləşən ölkələrdir.

Rusiya və İran dünyanın 1-ci və 2-ci qaz ehtiyatlarına sahibölkələridir. Bu iki ölkənin əməkdaşlığı region və dünyaya enerjisahəsində öz töhfəsini verə bilər.

Məqalədə:
Избранный
15
2
az.trend.az

3Источники