RU

Azərbaycanda 200 mindən çox saxta əlil müəyyən edilib

Cari ilin sonuna 16 min şəhid ailəsi və qazinin evlə təmini mümkün olacaq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, bu proqramın icrası növbəti ildə də davam etdiriləcək: “Bakı şəhərində növbəlilik 2 dəfə icra olunub. Proses davam etdikcə biz şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik. 7700 nəfərə avtomobillər təqdim etmişik. Bu, Prezidentin və Birinci vitse-pezidentin daim diqqətində olan məsələdir”.

Əlilliyin verilməsi məsələsinə toxunan Sahil Babayev qeyd edib ki, qanunvericiliklə kimə əlillik düşürsə, veriləcək: “Qanunvericiliklə düşməyənə isə əlillik verilməyəcək. 2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib”.

Избранный
20
14
heftelik.az

10Источники