“Speed” Taysonu məğlub edən Ceyk Polu duelə çağırıb
Məşhur yutuber və boksçu Ceyk Pol Mayk Taysonu məğlub etdikdən sonra yeni çağırış alıb. Yeniavaz.com xəbər verir ki, sosial media fenomeni Darren Ceyson Uotkins (“IShowSpeed”, yaxud “Speed”) Ceyk Pola onunla rinqə çıxmağı təklif edib. O, 6 aylıq məşqdən sonra Ceyk Polu məğlub edə biləcəyini iddia edir. “Əgər altı ay məşq etsəm, bu dünyada istənilən “canavar”ı məğlub edə bilərəm”, - Uotkins bildirib. Ceyk Polun meneceri məşhur yutuber üçün təklifə cavab olaraq “Speed”ə cəmi 20 milyon dollar təklif edib. Əgər təklif qəbul olunsa, iki fenomenin rinqə çıxacağı gözlənilir.