RU

“Ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyirik” - TDT baş katibi

 

Türk Dövlətləri Təşkilatı (TDT) ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyir.

Missiya.Az xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Sədi Cəfərov COP29 çərçivəsində "Qlobal məqsədlərdən yerli fəaliyyətlərə: davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsi üçün regional təşəbbüslər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, təşkilata üzv olan hər bir dövlət üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələdir: “Bu sazişin məqsədi qidaya çıxış, yoxsulluğun azaldılması və ərzaq qiymətlərinin sabitləşdirilməsi kimi ümumi ərzaq təhlükəsizliyi məsələlərini həll etməkdir”.

O əlavə edib ki, türk dövlətlərində iqlimə davamlı kəndləri inkişaf etdirməklə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və iqtisadi artımı stimullaşdırmaq mümkündür: “Buna rəqəmsal infrastrukturun, dövlət xidmətlərinin təkmilləşdirilməsi, günəş, külək və su enerjisi kimi təmiz enerji mənbələrindən istifadə etməklə nail olunacaq”.

Избранный
5
2
missiya.az

3Источники