Türkiyə Super Liqası təmsilçisi “Fənərbaxça” hücum xəttini gücləndirmək istəyir.
Apasport.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" qışda Yusuf En-Nesri üçün Səudiyyə Ərəbistanı təmsilçilərindən təkliflar alıb.
“Fənərbaxça” mərakeşli ulduzun mümkün gedişini nəzərə alaraq komanda üçün 2 namizəd müəyyənləşdirib.
Bu futbolçulardan birincisi Conatan Deyviddir. "Lill"lə müqaviləsi mövsümün sonunda başa çatacaq forvard Fransa komandasının yeni müqavilə təklifini rədd edib. "Lill" kanadalı hücumçunu mövsümün sonunda pulsuz itirməkdənsə, qış "transfer pəncərəsi"ndə satmağı planlaşdırır. 24 yaşlı hücumçu bu mövsüm iştirak etdiyi 19 qarşılaşmada 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbərdə “Fənər”in digər namizədinin “Əl-Hilal” klubunun şərəfini qoruyan Aleksandr Mitroviç olduğu bildirilib.
"Fənərbaxça" üçün "xəyal" transfer olaraq xarakterizə edilən 30 yaşlı serb hücumçu "Əl-Hilal"ın heyətində çıxış etdiyi 61 matçda 58 qol vurmağı bacarıb.
Qeyd edək ki, o, Səudiyyə Ərəbistanı klubunda illik 25 milyon avro qazanır.
"Arsenal" Türkiyə millisinin üzvü ilə maraqlanır
“Zirə”nin legioneri millidə fərqlənib
UEFA və FİFA-dan Rusiya üçün yeni qərar
Ən yaxşı adına 5 namizəd
Keynin heykəli təqdim olunub